Bərdədə dəm qazından öldüyü deyilən cütlükdən birinin - Pərvanə Hüseynovanın yaxınları hadisədə şübhəli məqamlar aşkar ediblər.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, Pərvanə 2025-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra 2003-cü il təvəllüdlü Kənan İmaməliyevə qoşularaq evdən qaçıb. Onların toyu təxminən 8 ay sonra olub.

Bir müddət sonra ər-arvad arasında mübahisə yaranıb, Pərvanə valideynlərinin evinə qayıdıb. Lakin, o, yenidən həyat yoldaşının yanına dönüb.

Hadisə günü yaxınları Pərvanənin mobil telefonuna baxış keçiriblər. Onların iddiasına görə, telefondakı bütün yazışmalar silinmiş vəziyyətdə olub.

Qohumlar hadisənin səbəbinin müəyyənləşməsi üçün prokurorluğun araşdırmasını və ekspertiza rəylərinin nəticələrini gözlədiklərini qeyd ediblər.

.