BƏƏ və ABŞ prezidentləri Məhəmməd bin Zayed Əl Nəhyan və Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə BƏƏ-nin WAM dövlət agentliyi məlumat yayıb.
Dövlət başçıları ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraqların təmin olunması üçün əlaqələrin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.
Onlar arasında Yaxın Şərqdəki son hadisələr və münaqişənin nizamlanması üçün göstərilən səylər barədə fikir mübadiləsi aparılıb.
.
