Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov azadlığa çıxdı. 

Belə ki, hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Bu müddət isə onların istintaq müddətində olduğu vaxtı əhatə edir. Elə bu səbəbdən də təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib. Bundan başqa hökmdə göstərilib ki, Rəşad Məmmədov 2 il rəhbər vəzifə tutmaqdan məhrum edilsin. 
.