Polşada Rusiya ilə koordinasiyalı şəkildə təxribat planları quran 32 nəfər həbs olunub.

Bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlardan bir nəfər mühakimə olunub, digərlərini isə məhkəmə prosesi gözləyir.

Həbs olunanlar arasında polyaklar, ukraynalılar, ruslar, belorusiyalılar və bir kolumbiyalı var.

.