“Son zamanlar cinayətlərin artmasına səbəb olan narkotiklər bəzən “patı”, “metamfitamin”, “şüşə” deyilən vasitələrdir”.

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsində “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, bunlar psixi asılılıq yaradır və orqanizmə çox dağıdıcı təsir göstərir: “Metamfitamin qəbul edən şəxsləri dəri örtüyündən belə müəyyən etmək olar. Çünki bu vasitədən bir ildən artıq istifadə edənlərin dərisində irinli yaralar belə əmələ gəlir”.

.