Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov narkotik asılılığının səbəblərini açıqlayıb.
O, səbəblər sırasında natamam ailə, boşanma, övlada məhdud sayda vaxt ayırma, nəzarətsizliyi misal gətirib.
O.Cəfərov bildirib ki, bəzən valideynlər övladlarına verdikləri pulun nə zaman və harada xərclənməsinə nəzarət etmirlər: “Bu da azyaşlıların narkotik aludəçiliyinə təkan verir. Yuxarı yaş qrupunda olan narkotik istifadəçilərinin ilk başlama bəhanələri ailədaxili sosial problemlər, pulsuzluq, əhval-ruhiyyənin aşağı düşməsi, eləcə də əhatəsində olan narkotik istifadəçisinin olması ilə əlaqələndiriblər. Dünya təcrübəsinə baxsaq, statistik məlumata görə, bir narkotik istifadəçisi il ərzində ən azı 2 və ya 4 nəfəri bu yola çəkməyi bacarır”.
.