Amerika prezidenti Baraka Obama İrana səfər etmək niyyətindədir. Bu barədə ictimaiyyətə diplomatik qaynaqlara istinadən Küveytin "Əl-Cəridə" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Ağ Ev başçısı Barak Obama 2014-cü ilin ortalarında Tehrana səfər üçün iranlı həmkarı Həsən Ruhaninin onu dəvət etməsini gözləyir.
ABŞ dövlət başçısı İrana səfəri zamanı ölkənin ali lideri Ayətullah Seyid Əli Xamanei ilə də görüşməyi planlaşdırıb. Barak Obamanın Tehrana səfər etməsi İran qarşı embarqoların birdəfəlik ləğvindən sonra baş tuta bilər. İrana ABŞ-ın birinci şəxsi səviyyəsində sonuncu səfəri İslam İnqilabından öncə Şah rejimi dönəmində baş verib. Bu Amerikanın 39-cu prezidenti Cimmi Karetin səfəri olub.
.
