Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan sabiq polis əməkdaşı Arif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Arif Əhmədov son söz deyib, əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı övladı olduğunu bildirib.
Prosesdə hökm oxunub.
Arif Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Əhmədov "Bank Standart" da mühafizəçi işləyib. Bankdakı"Milliön"" aparatından gizli yolla 261 min manat oğurluq edib. Sonra həmin pulun bir hissəsini qumarda uduzub.
.
