Bu gün Bakının Səbail rayonunun Neftçilər prospekti, Əziz Əliyev və Zərifə Əliyeva küçələri, eləcə də İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yenizaman bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

.