Bakıda xarici şirkətin əməkdaşını binanın blokunda şil-küt ediblər.Milli.az-ın məlumatına görə, İçərişəhər ərazisində yerləşən TTE Petrofac şirkətində təlimçi işləyən Böyük Britaniya vətəndaşı, 47 yaşlı Qrubbon Layle cinayətkarların hücumuna məruz qalıb.
O, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilinə getmək istəyərkən blokda iki naməlum şəxs ona hücum edib. Onu bədəninə, sifətinə zərbələr vurmaqla yerə yıxıblar, sonra isə cibindən 225 manat, 300 dollar, 100 funt-sterlinq olan pul kisəsini götürərək qaçıblar. Q.Layle martın 16-da başına gələnlərlə bağlı polisə şikayət edib.
Səbayel Rayon Polis İdarəsindən sayta verilən məlumata görə, əcnəbi şirkət əməkdaşının döyülməsi ilə bağlı Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb..
