Bu gün Bakı şəhəri, Yasamal rayonunda qəbirstanlığının ərazisində yanğın olub.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 15 m2 olan fəhlələrin geyinib-soyunma otağının tavanı yanıb.
Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, Yasamal qəbiristanlığı Bakıdakı ən böyük qəbiristanlıq hesab edilir.
.
