Bakı qəsəbələrinin birində ailədaxili insident baş verib."Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Hökməli qəsəbəsində olub.
Qayınana -1960-cı il təvəllüdlü Aybəniz Musayeva və qızı -1985-ci il təvəllüdlü Gülbəniz Mustafayeva yaşadıqları evdə şəxsi münasibətlər zəminində gəlinləri - 1993-cü il təvəllüdlü Tünzalə Musayevanı döyüblər.
Gəlin 7 aylıq hamilə olub. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır..
