Bakının mərkəzində qəddarlıqla cinayət törətmiş şəxs həbs olunub. Bu, paytaxt sakini Orxan Məmmədovdur.
Bakıda dəhşətli qətl törətmiş şəxs məsuliyyətə cəlb edilib. Bakı şəhər Baş Polis İdarəsi CAİ, Yasamal RPİ CAŞ və 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş 61 yaşlı qadını öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov tutulub.
Xatırladaq ki, Əsəd Əhmədov küçəsində 17 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildən 1953-cü il təvəllüdlü Xoşavaz Manafovanın meyiti tapılmışdı. Hüquq mühafizə orqanları onun tənha yaşadığı bildirmişdilərr. Orxan Məmmədov əvvəlcə onun başına güldanla vurmuş, sonra isə öldüyünə əmin olmaq üçün boğazını kəsmişdi. Çoxlu qan itirən qadın hadisə yerindəcə dünyasını dəyişmişdi.
.