Ölkədə dollarla bağlı yaranan böhran otellərə də təsir edib. Yenizaman.az "Azadlıq”.info-ya  istinadən verdiyi  məlumata görə, paytaxtın otellərində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dollar satışı dayandırılıb. Alış isə Mərkəzi Bankın da təyin etdiyi məzənnədən xeyli aşağıdır. Belə ki, dollar 1,45 manata alınır. Həm satışın dayanması, həm də alışın ucuz olması otellərdə qalan əcnəbiləri narazı salıb.
.