Bakıda mənzildən xeyli miqdarda pul və qızıl zinət əşyaları oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ramana qəsəbəsində Südçülük sovxozunda qeydə alınıb.
Vaqif Süleymanova məxsus mənzildən pəncərənin şüşəsini sındırma yolu ilə 55 min manat pul və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.
.
