Bakıda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Bu barədə FaktXəbər-in verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsindən bildirilib ki, hadisə Maştağa qəsəbəsində, 187 saylı orta məktəbin yaxınlığında baş verib. Ağır vəziyyətdə xəstəxanaya gətirilən 1997-ci il təvəllüdlü Quliyev Elmar İlham oğlunun bədənində 5 bıçaq xəsarəti aşkarlanıb.
İlkin ifadələrdən məlum olur ki, məktəbdəki münaqişədən sonra E.Quliyevi 1997-ci il təvəllüdlü Rəsulov Rüfət Musa oğlu bıçaqlayıb.
Qeyd edək ki, onların hər ikisi 187 saylı orta məktəbin 11-ci sinif şagirdidir.
Araşdırmalar davam etdirilir.
.