Bakıda Rusiya vətəndaşına qarşı dələduzluq edilib.

"Report”un məlumatına görə, Rusiya vətəndaşı 54 yaşlı Piralı Cəfərov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

P.Cəfərov Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin iyun ayında Cahid adlı şəxs mağaza almaq adı ilə ondan 150 min dollar pul alıb və indiyə kimi geri qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 
.