Bakıda boğazı kəsilmiş kişi meyiti tapılıb.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Boğaz nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan kişi meyiti yerli sakinlər tərəfindən aşkar edilib və bu barədə polisə məlumat verilib.
Meyitin şəxsiyyətinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
.
