Bakıda qətl hadisəsi törədilib.
Aznews.az-ın məlumatına görə, ötən gecə saat 21 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Abdullayeva Ülkər Eynulla qızı, 1962-ci ildə doğulan Abdullayev Tərlan Rəhman oğlu, onun övladı - 1987-ci il təvəllüdlü Abdullayev Rəhman Tərlan oğlu və 1988-ci ildə doğulmuş Qədəşov Cahid Vahid oğlu naməlum şəraitdə bıçaqlanıblar. Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər.
Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Abdullayeva Ülkər Eynulla qızı dünyasını dəyişib.
Hadisənin Ü.Abdullayevanın həyat yoldaşı tərəfindən törədildiyi ehtimal olunur. APA-nın məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub.
.