Yasamal rayonunda saxta pul aşkarlanıb.
DİN-dən "Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 12-də Yasamal rayonu ərazisində yerləşən "Murad Petrol” yanacaqdoldurma məntəqəsinə baş verib. "Mercedes” markalı avtomobildə gələn Bakı şəhər sakini Orxan Məmmədov və onun sərnişini, Yevlax şəhər sakini Müşfiq Hüseynov yanacaq doldurduqdan sonra növbə rəisi Rac Dadaşova 1 ədəd 10 manatlıq saxta əskinas veriblər. Amma...
Onlar yanacaqdoldurma məntəqəsindən uzaqlaşarkən həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 28-ci PB-yə təhvil veriliblər..