Bakıda avtobuslarda cibgirlik edən 57 yaşlı şəxs tutulub. Bu barədə "Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub. Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
.
