Bakıda 20 yaşlı ana 3 yaşlı qızı ilə birgə itkin düşüb.
 
APA-nın məlumatına görə, Maştağa qəsəbə sakinləri – 1996-cı il təvəllüdlü Fəridə Səhlədar qızı Əhmədova və qızı, 2013-cü il təvəllüdlü Qətibə bu il aprel ayının 17-də yaşadıqları evdən gedərək bir daha geri qayıtmayıblar. Bu barədə polisə məlumat mayın 25-də daxil olub.
 
İtkin düşən ana və qızın axtarışları davam etdirilir.
.