Metro stansiyalarına daxil olan sərnişinlərin hərarəti yoxlanılır.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun ssözlərinə görə, stansiyanın girişində hərarəti olan sərnişin metroya buraxılmır: "Əgər stansiya daxilində hansısa sərnişində yüksək və digər ağırlaşdırıcı hal aşkarlanarsa, bu barədə dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir və həmin sərnişin həkim briqadasına təhvil verilir.

Ümumiyyətlə metrodan istifadə edən sərnişinlərin tam təhlükəsizliyini təmin etmək üçün qaydalara uyğun bütün tədbirlər görülür".

Bakı metropoliteninin fəaliyyətə başlaması ilə bağlı dizel generator stansiyaları da hazırlıqlı vəziyyətə gətirilib.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qatarların hərəkəti zamanı elektrik enerjisinin verilişində problem yaranarsa və qatarlar tuneldə qalarsa, dizel generatorları hazır vəziyyətdə olacaq:

“Belə hadisə baş verərsə, dərhal “Azərişıq” ASC-i ilə əlaqə saxlanılır. Elektrik enerjisinin verilişində yaranan problemin mahiyyətindən və enerjinin bərpa müddətindən asılı olaraq qərar veriləcək. “Azərişıq” ASC ilə danışıqlardan sonra müvafiq vəziyyətə uyğun olaraq dizel generatorların işə salınmasına baxılacaq”.

.