Bu ilin noyabrında "Bakı Metropoliteni" QSC 20 milyon 501 min 893 sərnişin daşıyıb.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,93 % çoxdur.

Ötən ilin noyabrında Bakı metrosu ilə 19 milyon 539 min 229 sərnişin daşınmışdı.

Ötən ay NFC ilə ödəniş edərək daşınmış sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər olub. NFC bütün ödənişli keçidlərin 11 %-ni təşkil edib.

.