Sabirabadda bacısını öldürən şəxs polisə könüllü təslim olub.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də Sabirabad rayonunun Balakənd kəndində yaşayan Məhəmməd Hüseynov evində münaqişə zəminində bacısı Şəmsiyyəyə bıçaqla xəsarət yetirib.

Şəmsiyyə hadisə yerində ölüb.

M.Hüseynov könüllü olaraq Sabirabad RPŞ-yə gələrək təslim olub. 

.