
2021-ci ildə Azərbaycanın tədiyə balansının ümumi saldosu 3,081 mlrd. ABŞ dolları və ya ÜDM-in 5,6%-ni təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, ötən il tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.
Cari əməliyyatlar balansında 8,3 mlrd. dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5,1 mlrd. dollar kəsir yaranmış, ehtiyat aktivləri 3,1 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar olub, qeyri-neft ixracı isə 44% artaraq 2,6 mlrd. dollar səviyyəsində formalaşıb.
.