Dünya Bankı bu ilin yekunlarına görə, Azərbaycanın məcmu dövlət borcunun (xarici və daxili dövlət borcu) ÜDM-in 17,9%-nə qədər enəcəyini gözləyir.

Dünya Bankının yenilənmiş regional hesabatının verdiyi məlumata görə, 2023-cü ilin yekunlarına əsasən bu göstəricinin 17,5%-ə qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, "APA-Economics"in hesablamalarına görə, bu ilin yanvarın 1-nə Azərbaycanın məcmu dövlət borcu 16 899,1 mln. manat və ya ÜDM-in 18,2%-nə bərabər olub ki, bu da illik müqayisədə 39,4 mln. manat çox olsa da, ÜDM-in 5,2 faiz bəndi səviyyəsində azdır.

.