Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 7 960,3 milyon manat, xərcləri isə 6 309,1 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,2% və 6,5% çoxdur.

Son nəticədə icmal büdcədə 1 651,2 milyon manat qalıq yaranıb.

Azərbaycanın builki dövlət büdcəsində 1 milyard manatdan çox qalıq yaranıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 7 009,6 milyon manat, xərcləri isə 5 629,5 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,2% və 1,9% çoxdur.

Son nəticədə dövlət büdcəsində 1 380,1 milyon manat qalıq yaranıb.

.