Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 335171 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 328580 nəfər müalicə olunaraq sağalıb, aktiv xəstə sayı 1638 nəfərdir.

Ölkədə son sutka ərzində 7389, hazırkı dövrədək isə 3622499 test aparılıb.

.