Azərbaycanda radio fəaliyyətini dayandırıb.
AzNews.az xəbər verir ki, 107.7 FM dalğasında yayımlanan Avto FM bu gün saat 00:00-dan etibarən yayımını dondurub.
Avto FM-dən AzNews.az-a faktı təsdiqləyiblər.
Radioda çalışanlar isə sosial şəbəkədə fotolarını paylaşaraq "Sonuncu foto” sözlərini yazıblar.
Qeyd edək ki, radio Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərirdi. Milli Televiziya və Radio Şurası 2013-cü ilin aprelin 2-də radioya 6 illik lisenziya vermişdi.

