Ölkədə hazırda qrip virusunun həddən artıq yayılması müşahidə olunur.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə jurnalistlərin suallarını cavabandırarkən bildirib.

Onun sözlərinə görə, qrip ştammı daim dəyişən viruslardandır:

"Qripdən ən yaxşı müdafiə vaksinasiyadır. Hazırda təcili yardıma qriplə bağlı müraciətlər çoxalıb. Çox ağırlaşan xəstələrimiz olmayıb. Əsasən uşaqları stasionar müalicəyə cəlb edirik. Ağırlaşma və ya ölüm halları baş verməyib".

.