Şəmkirdə 33 yaşlı qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.
Şəmkir Rayon Prokurorluğundan APA verilən məlumata görə, 33 yaşlı Nəsibə Tağılını qardaşı, 25 yaşlı Adil Tağılının qətlə yetirdiyi müəyyən edilib.
A. Tağılı saxlanılıb.
Qətl hadisəsi ötən gecə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.
.