2025-ci ildə ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edən şəxslərin sayında ciddi artım müşahidə edilib.

Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

O da qeyd edilib ki, 2025-ci ildə sümük iliyi transplantasiyasına ehtiyacı olan şəxslərin sayı təqribən 550 nəfərə yaxın olub:

"Sümük iliyi transplantasiyasına ehtiyac duyan şəxslər arasında daha çox talassemiyalı xəstələri üstünlük təşkil edir. Talassemiya xronik qan xəstəliyi olduğundan bu resipiyentlər uyğun donor tapılana qədər müəyyən müddət gözləyə bilirlər. Lakin, qanın digər onkoloji xəstəlikləri də mövcuddur ki, xüsusilə kəskin limfoblastik leykemiya (ALL) və kəskin mieloblast leykoz (AML) kimi xəstəliklərin sürətlə irəliləməsi resipiyentlər üçün həyati təhlükə yaradır”.

.