Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin şəhər və rayonlar üzrə bölgüsü açıqlanıb.

Ən çox istifadəçi Bakı şəhəri (12154), Lənkəran şəhəri (2630), Sumqayıt şəhəri (2264), Salyan rayonu (1261), Şirvan şəhəri (981), Abşeron rayonu (712), Cəlilabad rayonu (695), Gəncə şəhəri (637) və Sabirabad rayonunda (636) qeydə alınıb. 11818 istifadəçi isə digər şəhər və rayonların payına düşüb.

Qeyd edək ki, 2020-ci ildə ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 33788 nəfər olub.
 

.