Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 14,860 mlrd. manat xərclənib.

Dövlət Statistika Komitəsinin məlumatına  görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.

Təkcə sentyabr ayında əhali ərzaq məhsullarına 1,891 mlrd. manat xərcləyib ki, bu da avqust ayı ilə müqayisədə 5,4% çoxdur.

Qeyd edək ki, sentyabr ayında əhalinin ərzaq məhsullarına xərcləri bu ilin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb.

.