Azərbaycanda kişi həyat yoldaşını qətlə yetirib.
Yardımlı Rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, hadisə rayonun Kürəkçi kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Samir Hüseynov qısqanclıq zəminində həyat yoldaşı, 22 yaşlı Fəridə Babayevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Hadisəni törədən S. Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
.