O ki qaldı yüklərə və Orta Dəhlizin inkişafına, Çindən Azərbaycana və əks istiqamətdə həcmlər artır. Biz dəniz limanının imkanlarını demək olar iki dəfə artırırıq.
Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Həmçinin Çindən daşınan yüklərin həcmini artırırıq və Mərkəzi Asiya ölkələri də bu prosesə qoşulub. Bir sözlə, qarşılıqlı münasibətlərin çox yaxşı tarixi var. Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir”.
.
