“Bu gün Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ürəkdən aparılan işin nəticəsidir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Venslə mətbuata birgə bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, Strateji tərəfdaşlıq haqqında Xartiya 6 ay ərzində hazırlanıb.

“Donald Trampa təşəkkür edirik ki, Cənubi Qafqazda sülhə töhfə verib. Biz sülh şəraitində yaşayırıq, ABŞ hökumətinə təşəkkür edirik”, - Azərbaycan Prezidenti qeyd edib.

Tramp-Vens administrasiyasının bizim regiondakı göstərdiyi səylərin ən vacib nəticələrində biri TRIPP layihəsidir

Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da əslində ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir.

Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.

“Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regiondakı göstərdiyi səylərdən biri TRIPP layihəsidir, Tramp marşrutu layihəsidir.

.