Azərbaycan Premyer Liqasında XIX turun oyun proqramı açıqlanıb.

Yenizaman-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, yanvarın 21-də başlayacaq tura üç gün ərzində yekun vurulacaq.

“Bank Respublika Arena”da baş tutacaq açılış matçında “Sabah” “Neftçi”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası

XIX tur

21 yanvar (bazar)

16:00. “Sabah” - “Neftçi”
“Bank Respublika Arena”

 

22 yanvar (bazar ertəsi)

17:30. “Kəpəz” - “Turan Tovuz”
Qəbələ şəhər stadionu

15:00. “Səbail” - “Zirə”
“ASCO Arena”

23 yanvar (çərşənbə axşamı)

16:30. “Qəbələ” - “Sumqayıt”
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” - “Araz-Naxçıvan”
Tofiq Bəhramov adına Respublika stadionu

.