Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin 28 yaşlı giziri Elşən Astanov qısamüddətli məzuniyyəti zamanı həmkəndlisi ilə mübahisə zamanı bıçaqlanıb.
Hadisə Biləsuvar rayonunun Çaylı kəndində baş verib.
Şahidlərin sözlərinə görə, kənd sakini, 24 yaşlı Kamran Kamal oğlu Hüseyinli ilə həmkəndlisi, N saylı hərbi hissənin giziri Elşən Təzəxan oğlu Astanov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman Kamran üzərindəki bıçaqla Elşənin sinə nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Yaralı kənd sakinləri tərəfindən xətəxanaya aparılarkən qan itkisindən yolda keçinib.
Hadisəni törədən K.Hüseynli artıq həbs olunub.
Baş vermiş hadisə ilə bağlı Biləsuvar rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb (salamnews.org).
.
