Rusiyanın Çelyabinsk vilayətinin güc strukturlarının keçirdiyi əməliyyat zamanı azərbaycanlı kriminal avtoritet İlham Osmanovun qruplaşmasına daxil olan 11 nəfər tutulub.Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat martın 11-də keçirilib. Saxlanılanlar Osmanovun "sağ əli” hesab olunan 45 yaşlı Rəhman Abdullayev və qruplaşmanın daha 10 üzvüdür.
Xatırladaq ki, İlham Osmanov özü martın 3-də həbs olunub. Onu iş adamından reketlik yolu ilə 11 milyon rubl və "Volkswagen Passat” avtomobilini almaqda ittiham edərək həbs ediblər. İlham Osmanov Çelyabinsk vilayəti üzrə "smotryaşiy”dir. .
