Rusiya millisinin futbolçusu Artyom Dzyuba Türkiyənin "Adana Demirspor" komandasına keçib.

Klubun rəsmi saytı xəbər verir ki, 34 yaşlı hücumçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.

Təcrübəli forvard yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Artyom Dzyubanın son klubu ölkəsində "Zenit" olub.

.