Çilili yarımmüdafiəçi Arturo Vidal Braziliyanın “Flamenqo” futbol klubu ilə müqavilə imzalayıb.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Müqavilənin şərtləri barədə məlumat verilmir. Bazar ertəsi İtaliyanın “İnter” komandası yarımmüdafiəçi ilə müqavilənin ləğv edildiyini açıqlayıb, çilili 2020-ci ildən komandada çıxış edirdi.

Vidalın 35 yaşı var, “İnter”lə İtaliya çempionu (2020/21 mövsümündə), İtaliya Kubokunun (2021/22) və Superkubokunun (2021) sahibi olub.

Yarımmüdafiəçi əvvəllər Almaniyanın “Bayer” (Leverkuzen) və “Bavariya”, İtaliyanın “Yuventus” və İspaniyanın “Barselona” klublarında çıxış edib.

Vidal Çili millisində 132 oyun keçirib, 32 qol vurub və doqquz məhsuldar ötürmə edib. Milli komanda ilə yarımmüdafiəçi iki dəfə (2015, 2016) Amerika Kubokunun qalibi, 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunun gümüş mükafatçısı olub.

.