Yenizaman.az CTV-yə istinadən bildirir ki, Lerikdə 2016-cı ilin aprel döyüşlərində iştirak edən və həmçinin yaralanan hərbçilərlə görüş keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər qeyd edib ki, aprel döyüşlərində ordumuzun qazandığı qələbə lerikli həmvətənlərimizdə də böyük ruh yüksəkliyi yaradıb.
Həmin döyüşlərdə ölkəmizin digər bölgələri ilə yanaşı, Lerikdən olan hərbi qulluqçular da yüksək fədakarlıq göstəriblər. Görüşdə həmçinin hərbçilərimizin qəhrəmanlıqlarından danışılaraq qeyd olundu ki, vətən uğrunda döyüşən, canından və sağlamlığından keçən oğullar heç vaxt unudulmayacaq və daim igidlik nümunəsi kimi yadda qalacaqlar. Sonda incəsənət nümayəndələrinin ifası dinlənilib, aprel döyüşlərinin iştirakçılarına hədiyyələr təqdim olunub.
.
