Yenizaman.az CTV-yə istinadən bildirir ki, Lənkəranda 2016-cı ilin aprel döyüşlərində iştirak edən və həmçinin yaralanan  hərbiçilərlə görüş keçirilib. 

Tədbirdə Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən nazirliyin nümayəndəsi Abdulla Qurbani qeyd etdi ki, aprel döyüşlərində Milli Ordumuzun qazandığı qələbə bütün həmvətənlərimiz kimi, lənkəranlılarda da böyük ruh yüksəkliyi yaradıb. O, həmin döyüşlərdə ölkəmizin digər bölgələri ilə yanaşı, lənkəranlı hərbi qulluqçuların da fədakarlıq, rəşadət göstərdiklərini diqqətə çatdırdı. Tədbirdə qeyd olundu ki, vətən uğrunda döyüşən canından və sağlamlığından keçən oğullar heç vaxt unudulmayacaq və xalqın yaddaşında bir igidlik nümunəsi kimi qalacaqlar. Həmçinin diqqətə çatdırıldı ki, ölkəmizdə şəhid olanların ailələri, sağlamlığını itirən döyüşçülər dövlət qayğısı ilə daim əhatə olunur. 

.