Kanadada aparılan araşdırmalar ölkənin 3 əyalətində mövcud olan buzlaqların yüzdə səksən faizinin yaxın 50 il ərzində əriyəcəyinə dair faktları ortaya çıxarıb.

Bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə,Alberta Üniversitetinin professoru Zak Robinson, Britaniya Kolumbiyası əyalətindəki"Simon Fraser" İnstitutunun ekoloqu, professor David Hak tərəfindən "Kanada dağlarının vəziyyəti" adlı araşdırmada Alberta, Yukon və Britaniya Kolumbiyası əyalətlərindəki buzlaqların əksəriyyətinin yarım əsr ərzində əriyəcəyi qeyd olunur.

Bildirilir ki, iqlim dəyişikliyi ilə əlaqədar həmin əyalətlərdəki buzlaqlar daha çox əriyəcək, sonda suyun səviyyəsi qalxacaq. Nəticədə düzənlik ərazilər su altında qalacaq.

Kanadanın rəsmi "Canadian Press" agentliyinə açıqlama verən David Hik bu əyalətlərin qlobal istiləşmənin ən isti nöqtələri olduğunu deyib.

Kanadada daha əvvəl Senatın qəbul etdiyi marixuanadan istifadəni icazə verən qanun qüvvəyə minib.



.