Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyası PKK terror təşkilatının Türkiyədən çəkilməsinə münasibət bildirib.

Türkiyə bürosunun məlumatına görə, AKP sözçüsü Ömər Çelik “terrordan azad Türkiyə” məqsədinə nail olmaq üçün bunun əsas sütunlardan biri olduğunu vurğulayıb.

“PKK-nın Türkiyə daxilində, eləcə də bütün bölgədə xüsusilə İraq və Suriyada silahlı və qeyri-qanuni strukturlarının ləğvi və tərksilahın davam etdirilməsi “terrordan azad Türkiyə” prosesinin əsas gündəm mövzularıdır. PKK-nın fasiləsiz şəkildə tərksilaha davam etməsi isə “terrorsuz Türkiyə”yə nail olmaq üçün yol xəritəsinin əsas sütunudur”.

Ömər Çelik həmçinin dövlətin bu prosesi bütün təxribatlardan qorumağa sadiq olduğunu, müxtəlif siyasi partilərin dəstəyinin milli iradəni gücləndirdiyini və “terrorsuz Türkiyə” hədəfi üçün bütün dövlət qurumlarının qətiyyətlə çalışdığını qeyd edib.

.