
Avropa İttifaqı (Aİ) ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 25,8% təşkil edir.
Bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.
Məlumata görə, Avropanın yeraltı qaz anbarlarının qazın həcmi 27 mlrd. kubmetr civarındadır.
Qeyd olunur ki, ötən ilin mavfiq dövründə anbarların doluluq səviyyəsi təxminən 30%, 2020-ci ildə 55%, 2019-cu ildə isə 41%-ə yaxın idi.
.