Ağstafa rayonunda törədilən qətlin üstü açılıb. 


Teleqraf.com xəbər verir ki, noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106” markalı avtomobildə xəstəxanaya gətirilib.


Polis və prokurorluq orqanları əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulublar.


Faktla bağlı cinayət işi başlanıb. 

.