Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

.